Qarabağda döyüşmək istəyən Türkiyə vətəndaşları Azərbaycan səfirliyinə müraciət edib – VİDEO

0
230

TEREFSİZ.AZ saytı xəbər verir ki, Türkiyənin Sparta şəhərində yerləşən “Qüds Platforması” vətəndaş cəmiyyəti institutunun üzvləri Azərbaycanın Ankaradakı səfirliyinə müraciət edərək könüllü şəkildə Azərbaycan Ordusunun sıralarında xidmət etmək istədiklərini bəyan ediblər.

“Qüds Platforması” təşkilatının nümayəndəsi “İhlas Haber Ajansı”na (İHA) müsahibəsində  bildirib ki, indi bütün dünya iki dövlətin tək millət və tək ordu duyğusu ilə yaşadığını görməlidir.

Vətəndaş cəmiyyəti institutunun üzvü söyləyib ki, artıq bir gün ərzində 50-yə yaxın Türkiyə vətəndaşı onların təşəbbüsünə qoşulub və döyüşlərdə iştirak etmək arzusu ilə səfirliyimizə müraciət ünvanlayıb.