“Qarabağ”da itki

0
163

 Terefsiz.az saytı “Qol.az”a istinadən xəbər verir ki, “Qarabağ”ın futbolçusu Simeon Slavçev zədələnib.

Klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovun verdiyi məlumata görə, bolqarıstanlı yarımmüdafiəçinin ayaq əzələsində problem var.

Bu səbəbdən o, Premyer Liqanın 9-cu turunda bu gün “Səbail”lə keçiriləcək görüşdə iştirak etməyəcək.

“Qarabağ” rəsmisi qeyd edib ki, Slavçevin 2-3 günə komanda ilə məşqlərə qoşulacağı gözlənilir.

Terefsiz.az