“Qarabağ”ın oyununda şəhidlərin xatirəsinə 1 dəqiqəlik sükut elan edilib.

0
67

Bakıda “Qarabağ” və Fransanın “Nant” komandaları arasında UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyunu başlayıb.Oyunda şəhidlərin xatirəsinə 1 dəqiqəlik sükut elan edilib. 

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 20:45-də start götürüb.Görüşü Enea Yorqyinin başçılıq etdiyi albaniyalı hakimlər briqadası idarə edir.

G qrupunun digər matçında “Olimpiakos” “Frayburq”u qəbul edir. “Nant” ilk turda Yunanıstan “Olimpiakos”unu məğlub edib – 2:1. “Qarabağ” isə Almaniyada “Frayburq”a eyni hesabla uduzub.

Matçdan əvvəl “Qarabağ” azarkeşləri pankart açıblar.Pankartlarda “Qəhrəmanlar can verir yurdu yaşatmaq üçün”, “İgid əsgər möhkəm dayan” sözləri yazılıb.

Həmin görüntünü təqdim edirik:

terefsiz.az