Qayda pozan piyadaları kim cərimələyəcək? – RƏSMİ AÇIQLAMA

0
231

Terefsiz.az saytı xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun imzaladığı əmrə əsasən, paytaxtın küçə və prospektlərində piyadaların hərəkətinə nəzarət edən, bu zaman yolu müəyyən olunmamış yerdən keçənləri saxlayan post-patrul xidmətinə verilən səlahiyyətlərə xitam verilib. 

Oxu.az – ın məlumatına görə, qərar müzakirələrə səbəb olub.

Belə ki, bəzi insanlar bu qərarı piyadaların cərimələnməsinin ləğv edilməsi kimi anlayıb.

Məsələ barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidovla əlaqə saxladıq.

O bildirib ki, imzalanan əmr yalnız post-potrul xidmətinin piyadaları cərimələməsinə aiddir:

“Ötən ilin mart ayından Daxili İşlər nazirinin əmri ilə piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulmasının qarşısının alınması məqsədilə polis idarələrinin post-patrul xidməti əməkdaşlarına yol-patrul xidməti inspektorlarına aid olan səlahiyyətlər verilib.

Daha bu işi post-patrul xidmətinin əməkdaşları deyil, Baş Dövlət Yol Polis İdarəsinin yol-patrul xidmətinin əməkdaşları həyata keçirəcək”.

 

Terefsiz.az