Qazax rayonunda yerli sakin hündürlükdən yıxılıb.
Terefsiz.az -ın məlumatına görə, hadisə rayonun İkinci Şıxlı kəndində qeydə alınıb.
Kənd sakini, 62 yaşlı Afiq Hüseynov evin çardağında iş görən zaman ehtiyatsızlıqdan yıxılaraq ağır bədən xəsarətləri alıb.
O, Qazax rayon Müalicə və Diaqnostika Mərkəzinə aparılıb. Hazırda onun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
İstinad: Report.az
Terefsiz.az