Qazaxıstanda göyərtəsində 100 nəfər olan sərnişin təyyarəsi qəzaya uğradı – VİDEO

0
149

Qazaxıstanın “Bek Air” şirkətinə məxsus “Fokker 100” təyyarəsi Alma-Ata hava limanı yaxınlığında qəzaya uğrayıb.

Terefsiz.az xəbər verir ki, Alma-Ata – Nur-Sultan reysi ilə uçan təyyarənin göyərtəsində 95 sərnişin və 5 heyət üzvü olub.

Təyyarədə havada hündürlük yığdığı zamanı nasazlığın baş verdiyi bildirirlir. Yerə düşən hava gəmisi beton arakəsməyə və ikimərtəbəli tikiliyə çırpılıb.

Qəza yerində dərhal xilasetmə işləri başlayıb: sərnişinlər və heyət üzvləri təxliyə olunub, yanğının qarşısı alınıb.

İlkin məlumata görə, qəza nəticəsində azı yeddi nəfər ölüb.