Terefsiz.az saytı xəbər verir ki, Qazaxıstanın Arıs şəhərində silah-sursat anbarında partlayış baş verib.
TASS bu haqda məlumat yayıb.
İnsident anbardakı silah-sursatları təmizləyən zaman meydana gəlib.
Hadisə zamanı dörd nəfər yaralanıb.Yaralılar Almatıdakı hərbi klinik xəstəxanaya çatdırılıblar.
Hadisə ilə əlaqədar hərbi polis araşdırma aparır.
Terefsiz.az