Azərbaycanda qeyri-kommersiya qurumlarının adında “Şuşa” sözündən istifadə edilərkən Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin razılığı barədə sənəd olmalıdır.
“Terefsiz.az” xəbər verir ki, bununla bağlı “Qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatının aparılması Qaydaları”nda dəyişiklik edilib.
Mövcud dəyişiklik barədə qərarı ədliyyə naziri, I dərəcəli dövlət ədliyyə müşaviri Fikrət Məmmədov imzalayıb.
Qərar aidiyyəti ədliyyə orqanlarına və məhkəmələrə göndərilməsi tapşırılıb.