Qeyri-qanuni erməni silahlı dəstələrinin fortifikasiya qurğuları quraşdırmaq cəhdinin qarşısı alınıb

0
69

Qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri kənd təsərrüfatı işləri adı altında Azərbaycan Ordusunun Ağdam, Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.

Bu barədə  Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

“Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb”, – məlumatda vurğulanıb.

terefsiz.az