Qırğızıstan müxalifətinin lideri ölkəyə qayıdıb

0
220

Qırğızıstanın müxalifət partiyasının lideri Omurbek Babanov ölkəyə qayıdıb.

Terefsiz.az saytı “Sputnik Qırğızıstan” – a istinadən xəbər verir ki, saat 14:40-da müxalifətçinin uçduğu təyyarə Bişkekin “Manas” hava limanına enib. 

Hava limanında yüzlərlə tərəfdarı onu qarşılamaq üçün toplanıb.

2017-ci ilin prezident seçkilərində Omurbek Babanov ikinci olub və bundan sonra ölkədən gedərək, siyasəti tərk edəcəyini açıqlayıb.

Bu ilin aprelində Babanov Qırğızıstana qayıtmaq istəyib. Lakin Milli Təhlükəsizlik Komitəsi ona cinayət işlərini xatırladıb.

Terefsiz.az