L
Qırğızıstan Respublikasının xüsusi təyinatlıları sabiq prezident Almazbek Atambayevin Koy-Toş kəndindəki evinə hücum ediblər.
Terefsiz.az saytı “RİA Novosti” – yə istinadən xəbər verir ki, A.Atambayevin 300 – ə yaxın tərəfdarı onun evinin qarşısında barrikada quraraq, xüsusi təyinatlılara mane olmaq istəyib.
Qarşıdurma nəticəsində 1 nəfər ölüb, 43 nəfər yaralanıb. Sabiq prezidenti ələ keçirmək mümkün olmayıb.
A.Atambayev çıxış edərək hadisənin baş verməsində ölkə rəhbərliyini günahlandırıb:
“Məni tutmağa “Alfa” antiterror dəstəsi göndərilib. Məgər biz terrorçuyuq? Bura dinc əhali gəlib, çoxu mənimlə şəkil çəkdirməkdən ötrü. Günahsız insanlar yaralanıb. Bu hazırkı rəhbərliyin qəddarlığını göstərir”.
A.Atambayev 2011-2017-ci illərdə ölkəyə rəhbərlik edən A.Atambayev korrupsiyada ittiham edilir. Bu ilin iyununda parlament keçmiş prezidenti toxunulmazlıqdan məhrum edib. Məhkəmə təqsirini sübuta yetirsə, onu ömürlük həbs cəzası gözləyir.
Terefsiz.az