Qırğızıstanda müsəlmanlara plastik əməliyyat haram elan edildi
Qırğızıstanın baş müftisi plastik əməliyyatlarla bağlı fətfa verib. Belə ki, sağlamlıqla bağlı ciddi problem olmadığı təqdirdə plastik əməliyyat etdirmək və onun marketinqi ilə məşğul olmaq haram elan olunub.
Terefsiz.az bu məlumatı sizə İnterfaks – ın verdiyi xəbərə istinadən çatdırır.
“Nəzərə alsaq ki, şəbəkə marketinqində biznesin aparılması üçün yüksək risklər mövcuddur və o şəriət qaydasıyla bizneslə məşğul olmağa imkan vermir, şəbəkə marketinqini haram hesab edirik”, – deyə ölkənin baş müftisi bildirib.
“Plastik əməliyyatlara gəlincə, anadangəlmə əlilliyin və bədbəxt hadisələrin nəticələrinin aradan qaldırılması üçün əməliyyatlar halal, gözəllik naminə edilən əməliyyatlar haram hesab olunsun. Peyvəndləmə məsələsinə gəlincə, müsəlmanlar idarəsi bu məsələni hər kəsin öz ixtiyarına buraxır ”, – deyə Müsəlmanlar İdarəsindən bildirilib.
Terefsiz.az