Alimlər təsdiqləyiblər ki, Qırmızı dənizin dibindən çıxan karbohidrogen qazları atmosferi qazıntı zamanı hasil edilən yanacaq vasitələrindən daha sürətlə çirkləndirir.
Bu haqda xəbəri “Populyarnaya Mexanika” saytı yayıb.
Zərərli qazlar əsasən Misir, İsrail, İordaniya və Səudiyyə Ərəbistanı sahillərində üzə çıxır. Daha sonra sənayə tullantıları ilə qarışaraq insan sağlamlığı üçün zərərli çirkləndirici maddələrə çevrilir.
Yaxın Şərqdə dünyanın neft və qaz ehtiyatlarının yarıdan çoxu yerləşir. Bu səbəbdən hasil olunan və emal edilən yanacaq vasitələri ilə ətrafa çirkləndirici maddələr yayılır.
istinad:oxu.az