Qırx dörd günlük qənimətlər…

0
145

Hər bir xalqın tarixində eniş və yüksəliş dönəmləri olur. Tarix yazan və tarixə çevrilən insanlar dünənimizi və bu günümüzü yazarkən, sabahımızı müəyyən edirlər.

Qırx dörd günlük müharibə Azərbaycan tarixində əbədiyyən öz imzasını atmış oldu. Bu qırx dörd gün ərzində şəhidlik zirvəsinə qalxan və müharibədən sağ qayıdanlar bu tarixi özləri yazdı və tarixə çevrildilər. Hər bir müharibədə olduğu kimi bu müharibədə də itirdiklərimizlə bərabər qazandıqlarımız da oldu və bu ancaq qalibiyyətə və Qarabağ kimi diyarımızın geriyə qaytarılmasında deyil, həm də hərbi qənimətlərə də aid edilir.

Terefsiz.az olaraq, Sadıq Əliverdibəylinin obyektivində öz əksini tapmış yeni “Qənimətlər parkı”ndan sizə fotolar təqdim edirik.

Nəzərinizə çatdıraq ki parka giriş haqqı 2 manatdır. Əgər parkda bələdçiyə ehtiyac duysanız onun qiyməti 20 manatdır. Parkdan gələn gəlir “Yaşat” fonduna köçürülür.

Müəllif: Xanım Əliyeva