QMİ sədri: “Bəzi müsəlman dövlətlər Şuşada məscidlərin vəziyyətinə etiraz etmədilər, heç səslərini çıxarmadılar”

0
75

“Şuşada dağıdılmış məscidlər, hətta kilsələr də var. Ermənilər məscidlərimizdə adını belə çəkmək istəmədiyim heyvanı saxlayırdılar. Çox təəssüf ki, bəzi müsəlman dövlətlər buna etiraz etmədilər, heç səslərini belə çıxarmadılar”.

“Terefsiz.az”ın məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini liderlərinin 3-cü görüşündə çıxışı zamanı deyib.

“Qarabağ zəfəri təkcə Azərbaycanın zəfəri deyil, bütün türk dünyasının zəfəridir. Ümid edirəm ki, gələcəkdə də biz faydalı işlər görəcəyik”, – o əlavə edib.

terefsiz.az