Qrenlandiya hökumətindən Trampın adanı almaq istəyinə cavab

0
187

” Qrenlandiya  biznes sahəsində əməkdaşlığa açıqdır, satış üçün yox “.

Bunu ABŞ prezidenti Donald Trampın Qrenlandiyanı almaq fikrinə cavab olaraq muxtar bölgənin Xarici İşlər Nazirliyi rəsmi  ” Twitter ” səhifəsində açıqlayıb.

Qeyd edək ki, yayılan məlumatlara görə, Tramp müşavirlərindən ABŞ-ın Danimarkadan adanı almaq imkanını dəfələrlə soruşub və bu məsələni müzakirə edib.

Qrenlandiyanın geostrateji vəziyyəti, təbii ehtiyatları və ABŞ-ın Arktikada hərbi iştirakının genişləndirilməsi əsas müzakirə mövzuları olub.

Terefsiz.az