” Qrenlandiya biznes sahəsində əməkdaşlığa açıqdır, satış üçün yox “.
Bunu ABŞ prezidenti Donald Trampın Qrenlandiyanı almaq fikrinə cavab olaraq muxtar bölgənin Xarici İşlər Nazirliyi rəsmi ” Twitter ” səhifəsində açıqlayıb.
Qeyd edək ki, yayılan məlumatlara görə, Tramp müşavirlərindən ABŞ-ın Danimarkadan adanı almaq imkanını dəfələrlə soruşub və bu məsələni müzakirə edib.
Qrenlandiyanın geostrateji vəziyyəti, təbii ehtiyatları və ABŞ-ın Arktikada hərbi iştirakının genişləndirilməsi əsas müzakirə mövzuları olub.
Terefsiz.az