Səhər saatlarından Şabran rayonunda dağlıq ərazidə başlayan yanğın Quba rayonu, Zərqova inzibati ərazi dairəsində yerləşən dağlıq və meşəlik zonaya qədər genişlənib.
Terefsiz.az saytı xəbər verir ki, hadisə yerində Raron İcra Hakimiyyətinin, Polis şöbəsinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və yerli sakinlər də var.
Zərqova ərazisindəki yanğının bir hissəsi tez bir zamanda söndürülüb. Alovun qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Yanğının səbəbləri araşdırılır.
İstinad: oxu.az
Terefsiz.az