Qurbanlıq heyvanların kəsimi və satışı ilə məşğul olanların nəzərinə – VİDEO

0
151

Qida Təhlükəsizliyi Agentliyi Qurban bayramında fəaliyyət göstərəcək ət kəsimi məntəqələri barədə maarifləndirici videoçarx yayıb.

Videoçarxda baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə uyğun olmayan yerlərdə – küçələrdə, yol kənarlarında heyvan kəsimi və satışının qanunla qadağan olduğu bildirilir.

Qeyd olunur ki, bayram günlərində ölkə ərazisində qurbanlıq heyvanların satışı və kəsimi baytarlıq-sanitariya və gigiyena normalarına cavab verən stasionar və çadır tipli heyvan kəsimi məntəqələrində həyata keçiriləcək.

Bu məqsədlə 44 stasionar və 30 çadır tipli heyvan kəsimi məntəqəsi lazımi avadanlıqlarla təmin edilərək vətəndaşların ixtiyarına veriləcək.

Qeyd edək ki, avqustun 12-13-də Azərbaycanda Qurban bayramı qeyd olunacaq.