Rəhim Qazıyevdən xəbər var

0
130

Sabiq müdafiə naziri Rəhim Qazıyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə verdiyi apelyasiya şikayətinə baxılıb.

 

Terefsiz.az-ın xəbərinə görə, Bakı Apelyasiya Məhkəməsində hakim Vaqif Mursaqulovun sədrliyi ilə baş tutan iclasda Rəhim Qazıyevin şikayəti rədd edilib.

 

Qeyd edək ki, Səbail rayon Məhkəməsinin qərarı ilə Rəhim Qazıyevin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

 

İttihama görə, Rəhim Qazıyev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həbs olunub.

 

2020-ci il iyulun 12 və 13-də sabiq müdafiə naziri Rəhim Qazıyevin Azərbaycan-Ermənistan sərhədində düşmənin təxrtibatları ilə bağlı döyüş əməliyyatlarının aparıldığı və bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən ictimaiyyətə müntəzəm rəsmi məlumatlar verildiyi bir vaxtda, məqsədyönlü şəkildə sosial şəbəkələr vasitəsi ilə hadisələrin mahiyyəti barədə aşkar surətdə həqiqətə uyğun olmayan xəbərlər yayıb Azərbaycan Respublikasının müdafiə qabiliyyətini zəiflətməyə yönələn hərəkətlər edərək, insanları iğtişaşlara, dövlət hakimiyyətini zorla ələ keçirməyə açıq çağırışlar etməklə təxribat törətməsinə əsaslı şübhələr müəyyən olunub.

 

İstintaq orqanı tərəfindən Rəhim Qazıyevin barəsində Cinayət Məcəlləsinin 281-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar) və 282-ci (Təxribat) maddələri ilə ittiham elan edilib.

 

Hazırda Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.