Rafet El Romanın keçmiş həyat yoldaşı ölümlə üz – üzə qaldı.

0
304

Aktrisa Ceren Kaplakarslan və anası Nuray Deveçi küçənin ortasımda şiddətə məruz qalıb.

Terefsiz.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, 6 aylıq hamilə olan Ceren anası ilə birlikdə xəstəxanadan çıxarkən sevgilsi Temel Kankıran onlara yaxınlaşıb. Əlindəki silahı aktrisanın başına dayayaraq ona suallar verib. Cerenin anası müdaxilə edərək qızını maşına mindirmək istəyib. Ancaq bu dəfə də özü şiddətlə üzləşib. Cereni yerə yıxaraq təpikləyən Kankırana ətrafdakı insanlar müdaxilə edib. Hamilə aktrisa və anası təcili yardımla xəstəxanaya aparılıb. Polisə ifadə verən Ceren Temelle 2,5 ildir birlikdə yaşadığını, son 6 aydır isə ayrıldığını deyib.

Kankıran tutularaq həbsxanaya göndərilib.

Qeyd edək ki, aktrisa müğənni Rafet El Romanın keçmiş həyat yoldaşıdır.

 

Terefsiz.az