Real-ın baş məşqçisi Zinəddin Zidan komandasının Huesca üzərində qələbəsini (3:2) şərh edib.

0
345
  • Zidan qapını oğluna tapşırdı: “Oğlum olduğu üçün…”
    Real-ın baş məşqçisi Zinəddin Zidan komandasının Huesca üzərində qələbəsini (3:2) şərh edib.

    Terefsiz.az xəbər verir ki, çalışdırıcı oğlunun heyətdə yer almasına da münasibət bildirib.

    “Yaxşı matç oldu. Huesca bizə əməlli-başlı tər tökdürdü. Birinci qolu öz səhvimizdən buraxdıq. Futbolçularım yorğun idi. Bundan əvvəl iki ağır oyunumuz olmuşdu. Ardıcıl 15 gün məşq edənləri meydana buraxdım. Ümumilikdə matç məni qane etdi. Qalib gəlmək üçün ən yaxşı heyəti seçmək lazım gəlir. Mövsüm Real üçün ağır keçir. Kiməsə nəsə vəd vermək istəmirəm. Lyuka gəlincə, klubda üçüncü qapıçıdır. Kurtua hazır deyildi. Keyloru buraxmaq olardı. Amma biz Lyuka şans verdik. Oğlum olduğu üçün yox, Real-ın qolkiperi kimi oyuna çıxmışdı. Bütün futbolçular kimi onun buna haqqı var. Oğlumun oyununu ata kimi deyil, məşqçi kimi qiymətləndirirəm. Mövsümü normal şəkildə başa vurmağa çalışacağıq. Komandada motivasiya, əzmkarlıq var”, – Zidan bildirib.

  • İsmayıl Abdullayev