“Real Madrid” 14-cü dəfə Çempionlar Liqasının qalibi oldu!

0
147

UEFA Çempionlar Liqasında final oyunu keçirilib.Fransanın paytaxtı Parisdəki “Stad de Frans”da keçirilmiş görüşdə İngiltərənin “Liverpul” və İspaniyanın “Real Madrid” komandaları üz-üzə gəlib.

Fransız referi Kleman Türpenin idarə etdiyi qarşılaşma “kral klubu”nun qələbəsi ilə yekunlaşıb – 1:0. Yeganə qolu 59-cu dəqiqədə Vinisius Junior vurub.

Qarşılaşma təhlükəsizlik amilləri üzündən 36 dəqiqə gec başlayıb. Oyundan əvvəl stadiona biletsiz girməyə cəhd edən ingilis fanatlara qarşı polis gözyaşardıcı qazdan istifadə edib.

Matçın birinci hissəsindən Liverpul oyun üstünlüyünü ələ keçirsə də,bu üstünlüyü qola çevirə bilməyib,ikinci hissəyə də aktiv başlayan Merseysayd təmsilçisi,Real Madridin qapıçısı Tibo Kurtua ilə bacarmadı,8 seyv ilə yadda qalan Kurtua matçın qəhramanına çevrilib,oyun boyu qapı istiqamətində sadəcə 3 zərbə endirə bilən Real Madrid hücum qurmaqda çətinlik çəksə də müdafiədə rəqibə keçid verməyib.

Beləliklə, “Real Madrid” 4 ildən sonra və tarixində 14-cü dəfə Çempionlar Liqasının qalibi olub. Baş məşqçi Karlo Ançelotti isə 8 ildən sonra komandaya Avropanın ən nüfuzlu klub turnirinin baş mükafatını qazandırıb. Ançelotti 2002/2003 və 2006/2007 mövsümlərində İtaliya “Milan”ı ilə də bu titulu əldə edib.

 

TEREFSİZ.AZ