Dünyaca məşhur müğənni Riki Martin ilk dəfə həyat yoldaşı və qızının fotosunu izləyiciləri ilə bölüşüb.
Terefsiz.az saytı xəbər verir ki, o paylaşıma “gözlərimdəki işıq – Lusiya” deyə yazıb.
Qeyd edək ki, müğənni 7 aylıq qızını mediadan gizli saxlayırdı. Riki dəfərlərlə böyük ailə arzusunda olduğunu dilə gətirmişdi.
47 yaşlı müğənninin 11 yaşlı əkiz oğlanları var. O həyat yoldaşı Cvan İosiflə 2018-ci ildə evlənib.
Terefsiz.az