“Roma” Türkiyə ordusunun Suriyadakı hərbi əməliyyatına dəstək olaraq əsgər salamı verdiyi şəkli sosial şəbəkədə paylaşan futbolçusu Cengiz Ünderi cəzalandırmayacaq.
Terefsiz.az-ın İtaliya mətbuatına istinadən yaydığı məlumata görə, klub futbolçusunun bu addımının onlara heç bir problem yaratmadığını bildirib.
Paytaxt təmsilçisi 22 yaşlı hücumçu üçün sanskiya tətbiq etməyəcək.