Roma ilə matçda döyülən Liverpool azarkeşi xəstəxananı tərk edəcək

0
325

Roma ilə matçda döyülən Liverpool azarkeşi xəstəxananı tərk edəcək

Ötən mövsüm İtaliya Roma-sı ilə Çempionlar Liqası matçından əvvəl hücuma məruz qalan və ağır yaralanan İngiltərə Liverpool-unun azarkeşi Şon Koks səhhətində ciddi irəliləyişə nail olub.

Terefsiz.az “Talksport”a istinadən xəbər verir ki, fanat xəstəxananı bir ildən sonra tərk edəcək.

İtaliya klubunun azarkeşləri Koksa ötən ilin aprelində Liverpulda keçirilmiş oyundan əvvəl hücum ediblər. O, huşunu itirdikdən sonra xəstəxanaya aparılıb və əməliyyat olunub. Bir neçə ay İrlandiyanın paytaxtı Dublində xəstəxanada qalan Şon Koks daha sonra bərpa mərkəzinə köçürülüb.

Qeyd edək ki, Liverpuldakı yarımfinal görüşü meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 5:2. Romadakı matçda rəqibinə 2:4 hesabı ilə məğlub olan İngiltərə klubu finala yüksəlib və həlledici qarşılaşmada İspaniya Real Madrid-inə uduzub – 1:3.

İsmayıl Abdullayev