Juventus-un 36 yaşlı hücumçusu Kriştiano Ronaldo klubla müqavilənin müddətini uzatmaq istəyir.
TEREFSİZ.AZ saytı xəbər verir ki, bu barədə italiyalı jurnalist Alfredo Pedulla məlumat yayıb. Bildirilir ki, belə bir təkliflə futbolçunun yaxın ətrafı çıxış edib. Onlar 2023-cü ilin yayına qədər müqavilə bağlanmasında maraqlıdırlar.
Juventus rəhbərliyi buna cavab verməyib. Klubun gələn il futbolçunun durumuna uyğun olaraq qərar verəcəyi gözlənilir.
TEREFSİZ.AZ