İtaliya “Yuventus”unun futbolçusu Kriştiano Ronaldo A Seriyasında XII turun “Milan”la qarşılaşmasındakı davranışı səbəbindən komanda yoldaşlarından üzr istəməyi qərara alıb.
Terefsiz.az məlumatına görə, portuqaliyalı hücumçu həmklubları ilə birgə şam yeməyi planlaşdırır.
O, yemək vaxtı oyunçulara izahat verməyi düşünür. Görüş noyabrın 23-də Berqamoda “Atalanta” ilə XIII tur matçından əvvəl baş tutmalıdır.
Qeyd edək ki, “Yuventus”un baş məşqçisi Mauritsio Sarri Rusiya “Lokomotiv”i və “Milan”la son qarşılaşmaların gedişində Kriştianu Ronaldunu meydandan çıxarıb. Hər iki halda 34 yaşlı forvard Sarrinin əlini sıxmayıb. Əvəzləndikdən sonra o, paltardəyişmə otağına yollanıb. Orada isə Ronaldu görüşün bitimini gözləmədən stadionu tərk edib.