Ronaldo koreyalıları qəzəbləndirdi

0
1021

Turinin “Yuventus”u ilə Cənubi Koreya çempionatının oyunçularından ibarət yığma komandası arasında yoldaşlıq oyunu qalmaqala səbəb olub.

Terefsiz.az saytı xəbər verir ki, oyunun təşkilatçıları hücumçu Kriştiano Ronaldonun davranışına görə, İtaliya klubunu məhkəməyə vermək istəyiblər. Bu barədə “Corriere dello Sport” xəbər verir.

Nəşrin yazdığına görə, matç zamanı Ronaldo meydanda görünməli olsa da, oyuna çıxmayıb, ancaq ehtiyatda qalıb. İkinci hissənin sonunda koreyalı azarkeşlər tribunaları tərk etməyə başlayıblar. Bəzi azarkeşlər Ronaldonu fitə basıb.

Koreya Liqasının rəhbərliyi portuqaliyalının oyunda iştirak etmədiyi üçün azarkeşlərdən üzr istəməli olub. Görüşdən sonra “Yuventus”un mətbuat xidməti Ronaldonun əzələlərindəki problemlər səbəbindən matçda iştirak edə bilmədiyini bildirib. Yoldaşlıq oyunu bərabərliklə başa çatıb – 3:3.

Terefsiz.az