Portuqaliyalı Kriştianu Ronaldu İtaliyanın A seriyasının ardıcıl yeddi oyununda qol vurmağa nail olub.
Terefsiz.az RBC-yə istinadən xəbər verir ki, bununla Kriştianu Ronaldu 2005-ci ildə “qoca sinyora”nın fransalı sabiq hücumçusu David Trezeqenin rekordunu təkrarlayıb.
K.Ronaldu çempionatın XX turunda “Parma” ilə görüşdə dubla imza atıb. Oyun 2:1 hesabı ilə “blankoneri”nin xeyrinə başa çatıb.
istinad:oxu.az