Rumıniya parlamentində hökumətə etimadsızlıq votumu elan edilib.

0
138

 

TEREFSİZ.AZ saytı xəbər verir ki, Rumıniya parlamentinə müxalifət Sosial-demokrat partiyası və Rumıniya macarlarının demokratik birliyi tərəfindən Ludovik Orban liberal hökumətinə etimadsızlıq votumu təklifi daxil olub.

Buna səbəb hökumətin bələdiyyə sədrlərini iki turda seçilməsi ilə bağlı qanun layihəsinin məsuliyyətini öz üzərinə götürməsidir.

Mövcud qanuna əsasən, bələdiyyə sədrləri (merlər) birinci turda seçilir. Rumıniyada bələdiyyə seçkiləri yayda baş tutacaq.

Qanunvericiliyə görə, hökumətin məsuliyyəti öz üzərinə götürməsindən sonra müxalifət partiyaları üç gün ərzində hökumətə etimadsız votumu elan edə bilər. Əgər hökumət istefaya göndərilməsə, qanun qəbul olunmuş hesab olunur.

Qeyd edək ki, keçən ilin oktyabrında Sosial-demokratlardan ibarət hökumətə liberallar tərəfindən etimadsızlıq votumu elan edilmiş və Rumıniyada yeni hökumət liberallardan təşkil olunmuşdu. Yeni kabinet Milli liberal partiyasının sədri, Rumıniyanın hazırki prezidenti Klaus Yohannis tərəfindən də dəstəklənir.

İstinad: Azertac

TEREFSİZ.AZ