Rusiya 4 günlük iş həftəsinə keçə bilər

0
226

Tetefsiz.az saytı xəbər verir ki, Rusiyanın Müstəqil Həmkarlar İttifaqları Federasiyası ölkənin Əmək və Sosial Müdafiə Nazirliyinə dörd günlük iş həftəsinə keçidlə bağlı təklif göndərib.

Bu barədə Federasiyanın saytında bildirilir.

Cari ilin iyun ayında Cenevrədə keçirilən Beynəlxaq əmək konfransının gedişatında Rusiyanın Baş naziri Dmitriy Medvedev də bu ehtimalı dilə gətirmişdi.

Rusiyanın Müstəqil Həmkarlar İttifaqları Federasiyasının təklifində iş günlərinin sayının azalması fonunda əmək haqqının əvvəlki kimi qalması əsas şərt göstərilib.

Federasiyanın rəsmisi Yelena Kosakovskaya bildirib ki, hələlik Rusiyada 4 və ya 3 günlük iş həftəsinə keçən şirkətlər bunu maliyyə çətinliklərinə görə edirlər. Belə ki, onlar əməkdaşların iş saatı ilə bərabər, məvacibini də azaldırlar.

Xatırladaq ki, dörd günlük iş həftəsinə keçid bir sıra ölkələrdə artıq baş tutub. Hələ ki bu təcrübə faydalı iş əmsalının yüksəlməsinə gətirib çıxarır.

Terefsiz.az