Rusiya hərbçiləri Xarkovu atəşə tutub, ölən və yaralananlar var

0
147

Rusiya hərbçilərinin Xarkovu atəşə tutması nəticəsində biri beş aylıq körpə olmaqla 8 nəfər həlak olub.

“TEREFSİZ.AZ” UNİAN-a istinadən xəbər verir ki, bu barədə Milli Polisin rəhbəri İqor Klimenko feysbuk səhifəsində bildirib.

Klımenkonun sözlərinə görə, bugünkü atəş nəticəsində daha 17 nəfər yaralanıb.

Ukraynanın Baş Prokurorluğunun məlumatına görə, Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü nəticəsində indiyədək 240 uşaq ölüb, 436 uşaq güllə və qəlpə yarası alıb. Rusiyanın hücumları nəticəsində 676 uşaq müxtəlif dərəcəli xəsarət alıb.

 

TEREFSİZ.AZ