Rusiya ABŞ-da keçirilən “Kainat gözəli” müsabiqəsində iştirak etməyəcək.
Terefsiz.az -ın xəbərinə görə, bu barədə “Miss Rusiya” müsabiqəsinin direktoru Anastasiya Belyak açıqlama verib.
O deyib ki, “Kainat gözəli” yarışmasının təsisçiləri müsabiqənin keçirilmə yeri və vaxtını çox gec bildiriblər. Buna görə də, “Miss Rusiya – 2019” müsabiqəsinin qalibi Alina Sanko vaxtında Amerika vizası ala bilməyəcək.
Bundan başqa direktor qeyd edib ki, Sanko bu il iki müsabiqədə iştirak etməli idi: “Kainat gözəli” və “Miss Dünya”. Lakin müsabiqələrin keçirilmə vaxtı bir-birinə olduqca yaxındır. “Kainat gözəli” dekabrın 8-i Atlantada, “Miss Dünya” isə dekabrın 14-də Londonda keçiriləcək.
Qeyd edək ki, Sanko “Miss Rusiya” titulunu bu ilin aprel ayında qazanıb.