Rusiya ordusu Dnepr çayının sol sahilinə müdafiəyə çəkilir

0
121

Rusiya Silahlı Qüvvələri Dnepr çayının sol sahili boyunca müdafiəyə çəkilir.

“Terefsiz.az” “Rossiya 24” telekanalına istinadən xəbər verir ki, bunu Müdafiə Nazirliyində keçirilən müşavirədə Rusiya qoşunlarının Ukraynadakı komandanı Sergey Surovikin bildirib.

Qoşunların geri çəkilməsinə Rusiya müdafiə naziri Sergey Şoyqu icazə verib.

“Hesab edirəm ki, Dnepr çayının sağ sahilində qalmaq məqsədəuyğun deyil. Vəziyyəti hərtərəfli qiymətləndirərək, Dnepr çayının sol sahilində müdafiəyə qalxmağı təklif edirəm”, – Surovikin deyib.

terefsiz.az