Rusiya qırıcıları Türkiyə nəzarətində olan ərazini bombaladı: ölən və yaralılar var – FOTO

0
143

Rusiyanın hərbi qırıcıları Türkiyə Silahlı Qüvvələrinin nəzarətində olan Əl Bab qəsəbəsinə hava hücumu təşkil ediblər.

Sfera.az  sondakika.com-a istinadən xəbər verir ki, Suriyanın şimalında Firat Qalxanı əməliyyatı ilə terrorçulardan təmizlənən Əl Bab qəsəbəsinin mərkəzindəki yaşayış məntəqələrinə edilən iki hava hücumunu nəticəsində, ilkin açıqlamalara görə, bir nəfər ölüb, 11 yaralı var.

Hücum dünən axşam saat 22:29 və 22:44 radələrində gerçəkləşdirilib. Rusiyaya məxsus qırıcıların Bab-da uçuşlarını davam etdirdikləri də gələn məlumatlar içindədir.

Aralarında uşaqların da olduğu yaralılar qəsəbədəki xəstəxanalara yerləşdiriliblər. Hadisə yerinə cəlb edilən Mülki Müdafiə dəstəsi dağılan binaların dağıntıları altında axtarış-xilasetmə işlərini davam etdirirlər. Ölən və yaralıların sayının artacağı istisna edilmir.

Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələri və Suriya Milli Ordusu 2017-ci ilin fevralında Əl Bab qəsəbəsini İŞİD terrorçularından təmizləmişdilər.