Rusiyanın neft şirkəti “Qazprom” “Şimal axını 1” boru kəmərində aşkarlanan nasazlıq səbəbindən qaz axınını qeyri-müəyyən müddətə dayandırıb.
“Terefsiz.az” “TASS”a istinadən xəbər verir ki, bu haqda şirkət açıqlama yayıb.
Belə ki, “Qazprom” neft şirkəti “Şimal axını 1” qaz kəmərindən Avropaya qaz axınının 29 avqust-2 sentyabr tarixləri arasında təmir işləri ilə əlaqədar dayandırıldığını elan etdikdən sonra turbinlərə texniki qulluğu 3 gün ərzində həyata keçirə bilməyib.
“Qazprom”un İdarə Heyətinin sədri Aleksey Miller neft sızması səbəbindən turbinlərə texniki qulluğun yalnız Kanadadakı zavodda mümkün olduğunu bildirib.