Rusiya Suriyanın Tartus limanını 49 illik icarəyə götürüb

0
302

Suriyanın Tartus dəniz limanı yaxın həftələrdə nəqliyyat və iqtisadi məqsədlər üçün 49 il müddətinə Rusiyaya icarəyə veriləcək.

Terefsiz.az saytı RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu jurnalistlərə Rusiya baş nazirinin müavini Yuri Borisov Suriya prezidenti Bəşər Əsədlə görüşdən sonra deyib.

Onun sözlərinə bu barədə qərar hələ 2018-ci ilin dekabrında hökumətlərarası komissiyanın iclasında qəbul olunub.

Borisov hesab edir ki, bu addım qarşılıqlı mal dövriyyəsinə ciddi təkan verəcək.

“Ümid edirəm ki, bu, hər şeydən əvvəl Suriya iqtisadiyyatının lehinə olacaq”, – deyə Baş nazir müavini bildirib.

Terefsiz.az