Rusiya Türkiyəyə görə ABŞ-a MEYDAN OXUDU: “Uzun müddət…”

0
244

“Bütün qərarlar qəbul edilib, razılaşma beynəlxalq qaydalara uyğundur”.

Terefsiz.az xəbər verir ki, bunu Rusiya Xarici işlər nazirinin müavini Aleksandr Qruşko deyib.

Türkiyənin Rusiyadan S-400 zenit raket kompleksləri alması ətrafında çıxan gərginliklərə münasibət bildirən nazir müavini qeyd edib ki, ABŞ-ın Ankaraya sanksiya tətbiq etməsi yanlışdır: “Biz uzun müddət əvvəl mövqeyimizi ortaya qoyduq. Hər suveren dövlət hərbi-texniki sahədə öz partnyorlarını seçmək haqqına sahibdir. Bütün qərarlar qəbul edildi. Razılaşma beynəlxalq qaydalara uyğundur”.

Qeyd edək ki, Donald Tramp Administrasiyası iyul ayında tədarük ediləcək S-400-lərə görə Türkiyəyə 3 sanksiya paketi tətbiq edmək üzərində düşünür.

Terefsiz.az