Rusiya, Ukrayna, Türkiyə və BMT arasında Ukrayna dəniz limanlarından kənd təsərrüfatı məhsullarının ixracına dair danışıqlar gələn həftə İstanbulda keçiriləcək.
TEREFSİZ.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasındakı mənbələr məlumat yayıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT-nin Baş katibi Antonio Quterreş bu görüşdə iştirak edə bilərlər.
TEREFSİZ.AZ