Rusiya Ukraynanın Çerkas vilayətinin Uman şəhərini atəşə tutub, 8 nəfər yaralanıb.
“Terefsiz.az” xəbər verir ki, bu barədə vilayət administrasiyasının rəhbəri İqor Taburets teleqramda bildirib.
Onun sözlərinə görə, yaralananlardan 2-nin durumu ağırdır.
Vilayət rəhbəri qeyd edib ki, raket zərbələri sənaye obyekti və avtoyuma məntəqəsinə endirilib. İkinci hadisədə yanğın başlayıb.