Rusiya və Azərbaycan alimləri Xəzərdə birgə tədqiqatlar aparacaqlar

0
161

Rusiya və Azərbaycanın elmi təsisatları Xəzər regionunda tədqiqatlar sahəsində əməkdaşlığı gücləndirəcək.

Müvafiq saziş mayın 11-də Moskvada “Xəzər dialoqu” Beynəlxalq Assambleyası çərçivəsində imzalanıb.

Sənədi Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutu, Xəzər Elm və İnnovasiyalar Şurası və Xəzər dənizində texnologiyaların inkişafına və elmi əməkdaşlığa dəstək assosiasiyasının nümayəndələri imzalayıblar.

Saziş Rusiya, Azərbaycan və Xəzər regionunun digər ölkələrində yerləşən təşkilatlar arasında elmi, texnoloji, innovasiya və təhsil sahələrində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində qarşılıqlı fəaliyyəti nəzərdə tutur.

Buraya, həmçinin birgə tədqiqatlar, Xəzər dənizinin səviyyəsinin öyrənilməsi, Rusiya və Azərbaycanın sularında ekoloji monitorinq məsələləri daxildir.

Razılığın həyata keçirilməsi üçün məsləhətləşmələrin aparılması, eləcə də ekspert qruplarının yaradılması gözlənilir.

TEREFSIZ.AZ