Rusiyada “An-2”ni əvəz edən yeni təyyarə yaradılacaq

0
205

Terefsiz.az saytı xəbər verir ki, Rusiyada “An-2” “dərmansəpən”i əvəz etmək üçün yeni regional təyyarə yaradılacaq. 

Bu barədə RİA “Novosti” Sənaye Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir.

Yeni təyyarədə 9-14 nəfərin uça biləcəyi qeyd edilir.

Bildirilir ki, əvvəlcə bu model təyyarənin istehsalına 2021-ci ildə başlanılması planlaşdırılan “Baykal” turbulent təyyarəsi ilə əvəzlənməsi nəzərdə tutulurdu.

Qurumdan bildirilib ki, sentyabrda “Baykal”ın taleyi, həmçinin yeni təyyarənin yaradılmasında onun hansı texnoloji xüsusiyyətlərindən istifadə olunacağı barədə qərar qəbul ediləcək.

Terefsiz.az