Rusiyada antiterror əməliyyatı: Doqquz nəfər tutuldu – VİDEO

0
205

Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Moskva, Tatarıstan və Tümendə keçirdikləri əməliyyat nəticəsində “Hizbut-Təhrir” terror təşkilatının iki rəhbər şəxsi olmaqla, doqquz üzvünü həbs ediblər.

Terefsiz.az xəbər verir ki, bu barədə FTX-nin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Xüsusu xidmət orqanlarının açıqlamasında qeyd olunur ki, saxlanılan şəxslər qapalı terror strukturları yaradaraq, maliyyə axtarışları ilə məşğul olub, ideyalarını yerli müsəlman əhali arasında yayaraq, insanları öz fəaliyyətlərinə cəlb etmək istəyiblər.

Axtarış zamanı saxlanılanlardan qadağan edilmiş təbliğat materialları, əlaqə vasitələri və informasiya yayan avadanlıqlar müsadirə edilib.