Rusiyada iki nəfərin ölümündə təqsirləndirilən Azərbaycanlının həbs müddəti artırılıb

0
269

Rusiyanın Sankt-Peterburq şəhərində məhkəmə Nevski prospektində piyadaları vurmaqda ittiham olunan azərbaycanlı Murad Qasımova qarşı həbs qətimkan tədbirini may ayının sonuna qədər uzadıb.

Bu barədə Terefsiz.az “Fontanka”ya istinadən xəbər verir.

İstintaqın vəsatətini təmin edən Kuybışev Rayon Məhkəməsi M.Qasimovun daha bir ay təcridxanada qalmasına dair hökm verib.

Təqsirləndirilən şəxs həbs olunmasına etiraz etməyib.

Xatırladaq ki, bu il fevralın 24-də gecə saatlarında M.Qasımovun idarə etdiyi BMW markalı avtomobil Nevski prospektində səkidə dayanmış beş nəfəri vurub, ABŞ vətəndaşını və bir moskvalını xilas etmək mümkün olmayıb. M.Qasımovun sözlərinə görə, gecə şəhər gəzintisinə çıxmazdan əvvəl o, narkotik təsirli qaz iyləyib və həmin narkotikin təsiri altında olub.

Terefsiz.az