Rusiya İstintaq Komitəsi Rusiya Baş Kəşfiyyat İdarəsinin (BKİ) keçmiş xüsusi təyinatlısı Nikita Belyankinin qətlində əli olan 8 ermənini saxlayıb. Bu barədə komitənin rəsmi nümayəndəsi Svetlana Petrenko məlumat verib.
Onun sözlərinə görə, cinayət işi çərçivəsində əvvəl 7 nəfər həbs edilib.Onlardan biri qətldə, 6 nəfər isə xuliqanlıqda ittiham olunur. Saxlanılan səkkizinci şəxs istintaq altındadır.
Kütləvi davada 10 nəfər iştirak edib. Bundan əvvəl xuliqanlıq maddəsi ilə davanın daha iki iştirakçısı – Narek Stepanyan və Suren Markosyan saxlanılıb. İyunun 5-də qətli törətməkdə şübhəli bilinən Sergey Xocayan da həbs edilib. O, özünü təqsirkar bilməyib:
Xatırladaq ki, Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş yefreytoru, 24 yaşlı Nikita Belyankin Moskva ətrafı Putilkovo qəsəbəsində iyunun 1-də gecə saat 23:30 radələrində öldürülüb.Belə ki, Belyankin sevgilisi ilə barın qarşısından keçərkən onlarla qafqazlının iki kişini döydüyünü görüb. Döyülənləri müdafiə etmək üçün ortaya atılan yefreytor ürəyindən bıçaqlanıb. O, hadisə yerində keçinib.
İstinad: oxu.az