Rusiyada yanvar ayında sarımsağın qiyməti 37% bahalaşıb.
“İzvestiya” xəbər verir ki, mütəxəssislərin fikrincə bu koronavirusun yayılması ilə bağlıdır.
Ötən il sarımsağın 1 kiloqramı 155 rubla satılırdısa, bu il həmin çəkidə sarımsağı 212 rubldan aşağı qiymətə almaq mümkün deyil.
Bundan əlavə, fevral ayında sarımsağın qiyməti daha 5,5% bahalaşıb.
Hal-hazırda Rusiya bazarlarında sarımsağın bir kiloqramı 246 rubla satılır
istinad:oxu.az