Rusiyada müharibə əleyhinə ifadələrə görə bələdiyyə üzvü 7 il həbs cəzası alıb

0
78

Moskva məhkəməsi bələdiyyə şurasının üzvünü Ukraynadakı müharibəyə qarşı çıxış etdiyinə görə 7 il həbs cəzasına məhkum edib.

“Terefsiz.az” Ukrayna mətbuatına istinadən xəbər verir ki, Aleksey Qorinov Rusiya Silahlı Qüvvələri haqqında “bilərəkdən yalan məlumat” yaymaqda təqsirli bilinib.

Kremlin Ukraynaya qoşun yeritməsindən bir həftə sonra Rusiya parlamentinin qəbul etdiyi qanuna görə, bu cinayətə görə maksimum cəza 15 il həbsdir.

Qorinov mart ayında şəhər şurasının iclasında Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarını tənqid edib.

Bələdiyyə şurasının üzvü günahını etiraf etməyib və məhkəmədə yekun nitqi zamanı hərbi müdaxiləni yenidən pisləyib. “Bu müharibə hələ də sizə lazımdırmı?”, – Qorinov əlində tutduğu plakatda yazıb.

Daha əvvəl xəbər verildiyi kimi, Moskvada qanunun qəbulundan sonra ictimai xadim və jurnalist Vladimir Kara-Murza Rusiya ordusu haqqında saxta xəbərlər yaymaqda şübhəli bilinərək həbs edilib. Bundan başqa, tanınmış jurnalist Aleksandr Nevzorova qarşı cinayət işi açılıb.

terefsiz.az