Rusiyada səfərbərliyə qarşı etiraz aksiyalarında mindən çox insan saxlanılıb

0
109

Rusiyada səfərbərliyə qarşı keçirilən aksiya zamanı 1 026 nəfərdən çox etirazçı saxlanılıb.

“Terefsiz.az”  xəbər verir ki, bu barədə “OVD-İnfo” hüquq-müdafiə təşkilatı məlumat yayıb. Hüquq müdafiəçilərinin bildirdiyinə görə, həbslər 38 şəhərdə aparılıb. Saxlanılanların əksəriyyəti Moskva (394 nəfər), Sankt-Peterburq (376 nəfər) və Yekaterinburqda (40 nəfər) olub.

Polis yürüş başlayandan dərhal sonra etirazçıları saxlamağa başlayıb.

Etiraz aksiyasına oğulları çağırış yaşına uyğun olan qadınlar da qatılıb.

Sankt-Peterburqda 50-yə yaxın etirazçı Müqəddəs İsaak kilsəsinə yürüş edib. Etirazçılar “Müharibə yoxdur” və “Səfərbərlik yoxdur” şüarları səsləndiriblər. Hüquq müdafiəçilərinin bildirdiyinə görə, aksiya iştirakçıları saxlanılarkən dəyənəklərlə döyülüb.

Xatırladaq ki, Prezident Vladimir Putin sentyabrın 21-də Rusiyada səfərbərlik elan edib. Bundan sonra Rusiyanın demək olar ki, bütün şəhərlərində etirazlar başlayıb.

terefsiz.az