Rusiyada sığınacaqdan götürülən iti öldürüb yedilər – FOTO

0
162

Saxalində yerləşən heyvan sığınacaqlarından birinin əməkdaşları sığınacaq sakini itlərdən birinin acı aqibətindən şok keçiriblər.

“The Sun” xəbər verir ki, sığınacağa gələn bir qadın həyəti qorumaq üçün it istədiyini bildirib.

Ona heyvanları göstərdikdə, qadın “Nika” ləqəbli böyük iti seçib.

Sənədlər qaydaya salındıqdan sonra iti qadına veriblər.

Lakin bir gündən sonra itin yaşayış şəraitini yoxlamaq üçün sənəddə qeyd olunan ünvana gələn sığınacağın könüllüsü orada iti tapmayıb.

Yerli sakinlər isə itin yaxınlıqdakı boş evə aparıldığını bildiriblər.

Məlum olub ki, həmin evdə iti öldürüb, sonra isə ondan bulyon bişirib yeyiblər.

Evə gələn könüllü orada dəmir vedrənin içərisində it ətindən bişirilmiş yeməyi aşkar edib.

Sığınacağın rəhbərliyi itin başına bu faciəni gətirən şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasını tələb edir.

istinad:oxu.az